Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk görşüləri çərçivəsində daha 4 oyun keçiriləcək.
Offsideplus.az xəbər verir ki, gecənin ən maraqlı matçı Almaniyada baş tutacaq. Bundesliqada gərgin mübarizəyə girişən "Bavariya" və Leverkuzen "Bayer"i bu dəfə münasibətlərinə qitənin ən nüfuzlu yarışında aydınlıq gətirəcəklər.
Eyni zamanda, ÇL-də favoritlərdən sayılan "Barselona" da bu gün qüvvəsini sınayacaq.
ÇL, 1/8 final
İlk görüşlər
19:45 "Feyenoord" - "İnter"
00:00 "Bavariya" - "Bayer"
00:00 "Benfika" - "Barselona"
00:00 PSJ - "Liverpul"