RU

Politoloq: Oval kabinetdə Tramp-Zelenski qalmaqallı görüş uzun illər müzakirə olunacaq...

Liderlər arasındakı gərginlik Rusiya-Ukrayna müharibənin gedişatına necə təsir göstərəcək...

İlyas Hüseynov: “Rusiya-Ukrayna müharibəsinin gedişində Kiyev silah-sursata, iqtisadi və maliyyə yardımına, mənəvi dəstəyə böyük ehtiyac duyduğu bir zamanda ABŞ prezidenti Donald Tramp fərqli mövqedən çıxış edir”.

Avropa tək başına bu müharibənin yükünü üzərində daşımayacaq və daşımaq imkanı da olmayacaq. ABŞ isə bütün növ hərbi yardımları dayandırmaq haqqında qərar verir”.

Bu sözləri politoloq İlyas Hüseynov Tramp-Zelenski görüşünün nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında keçirilən qalmaqallı görüş bu gün dünyada ən çox müzakirə olunan məsələlərdəndir.

Bəs, liderlər arasındakı gərginlik Rusiya-Ukrayna müharibənin gedişatına necə təsir göstərəcək?

Rusiya-Ukrayna müharibəsində xarici faktorların rolunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Bu gün Zelenskinin qarşısında iki seçim imkanı var. Ya kapitulyasiya aktına imza ataraq, ərazilərin itkilərini qəbul etməlidir. Bu çox ağrılı və faciəlidir. Ya da ABŞ-nin yardımları olmadan müharibəni davam etdirməlidir”.

Donald Trampın Nobel sülh mükafatı almaq məqsədinin olduğunu və bunu gizlətmədiyini qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Tramp sülhü və təhlükəsizliyi dayanıqlı edən bir lider kimi tarixə keçmək istəyir:

“Hesab edirəm ki, ötən həftə Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski keçirilən görüş dünya siyasətində uzun illər ərzində müzakirə olunacaq. Çünki həmin kabinetdə çox güclü dünya liderləri olublar. Müxtəlif proseslərin müzakirəsi həyata keçirilib. Lakin Rusiya-Ukrayna müharibəsinin gedişində Kiyev silah-sursata, iqtisadi və maliyyə yardımına, mənəvi dəstəyə böyük ehtiyac duyduğu bir zamanda ABŞ prezidenti Donald Tramp fərqli mövqedən çıxış edir. Trampın öz baxışları var və müharibəni dayandırmaq yönümdə qətiyyətlidir.

ABŞ-da prezident seçkilərinin öncə də Tramp müharibəni cəmi bir neçə saata dayandırmağı vəd etmişdi. Belə görünür ki, müharibəni nəyin bahasına olur-olsun dayandırmaq əsas məqsəddir. Donald Trampın Nobel sülh mükafatı almaq məqsədi də var və bunu gizlətmir. Tramp sülh quran, yaradan, sülhü və təhlükəsizliyi dayanıqlı edən bir lider kimi tarixə keçmək istəyir. Bunu üçün yaxşı şanslar var. Amma Ukraynanın gələcəyi, ərazilərinin müqəddaratı, geosiyasi vəziyyəti böyük sual qarşısındadır.

İlyas Hüseynov: “Ukrayna müharibəni davam etdirmək istəyəcəksə, bunun ağır yükünü də çəkməlidir”.

Bu gün Zelenskinin qarşısında iki seçim imkanı var. Ya kapitulyasiya aktına imza ataraq, ərazilərin itkilərini qəbul etməlidir. Bu çox ağrılı və faciəlidir. Ya da ABŞ-nin yardımları olmadan müharibəni davam etdirməlidirr. Amma bu imkan da daha böyük itkilərə və məğlubiyyətə gətirib çıxara bilər.

Avropa tək başına bu müharibənin yükünü üzərində daşımayacaq və daşımaq imkanı da olmayacaq. ABŞ isə bütün növ hərbi yardımları dayandırmaq haqqında qərar verir. Bunu içində kəşfiyyat məlumatının Ukraynaya ötürülməməsi və eləcə də kiberhümünlar da daxil olmaqla bir sıra hibrid müharibə texnologiyalarının dayandırılması əmri verilib. Bu da Ukrayna üçün çox ağrılı nəticə kimi dəyərləndirilə bilər. Amma yenə də bütün seçim Ukrayna tərəfindən veriləcək. Ukrayna müharibəni davam etdirmək istəyəcəksə, bunun ağır yükünü də çəkməlidir.

Bu gün Zelenskini tənqid edənlər çoxdur. Eyni zamanda Zelenskini təqdir edənlər, müharibənin gedişatı ilə barışmayan lider kimi özünü təqdim edən şəxs kimi də qələmə verirlər. Amma hesab edirəm ki, bütün bunlara tarix və zaman cavab verəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
22
poliqon.info

1Источники