Azərbaycanda bu il sənaye sahəsində 4.0 Mərkəzi yaradılacaq.
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yeni mərkəz həm özəl, həm də dövlət sektorunun nümayəndələrinə müxtəlif layihələrlə tanış olmaq imkanı yaradacaq: “Burada texnologiya şirkətləri öz məhsullarını təqdim edəcək, eyni zamanda bir çox startaplar cəlb olunacaq”.
F. Cəfərov əlavə edib ki, mərkəzdə 5 000-dən çox şəxs rəqəmsal təhsil alacaq.