Bakı, 5 mart, AZƏRTAC
Bu ildən etibarən İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, vətəndaşların müraciətlərini artıq operatorlar deyil, süni intellekt cavablandıracaq.
“Bu, bizə həm müraciətlərin mövzusunu, həm də cavabların keyfiyyət səviyyəsini müəyyən etməyə kömək edəcək. Həmçinin 2025-ci ilin sonunadək yeni çat-bot istifadəyə veriləcək”, - deyə F.Cəfərov əlavə edib.