RU

Heç bir Qərb ölkəsi Ermənistanı müdafiə etmək üçün əllərini çirkləndirmək istəmir - İsrailli sabiq nazir

Bakı. Trend:

Cənubi Qafqaz ölkələri yalnız bölgənin ənənəvi etnikmünaqişələrini aradan qaldırmaq və tam əməkdaşlıq etməkləüzləşdikləri təhlükələri neytrallaşdıra və Sovet İttifaqıdağılandan etibarən arzuladıqları sabitliyə çata bilərlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-əbildirilib ki, bu barədə İsrailin sabiq rabitə, peyk vəkibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti,tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın populyar“THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Cənubi Qafqaz üçün təhlükələr” başlıqlı məqalədə göstərilib ki,Cənubi Qafqaz ölkələri əməkdaşlıq etsələr yerləşdikləri regionanəzarəti gücləndirmək, eləcə də sülh və sabitliyə nail olmaq üçünlazımi geosiyasi tarazlığa nail ola biləcəklər. Təhlükəsizlikməsələlərində Azərbaycan, Gürcüstan və Ermənistan, iqtisadi sahədəAzərbaycan, Türkiyə və Gürcüstan, hətta Türk Dövlətləri Təşkilatıkimi siyasi birliklər son nəticədə Cənubi Qafqaz ölkələrininmaraqlarının xarici güclərin maraqlarını üstələməsinə gətiribçıxaracaq.

Qeyd olunub ki, ABŞ-nin qlobal münaqişələrdən çəkilməsi CənubiQafqaz kimi regionlarda geosiyasi gərginliyi artıraraq güc boşluğuyaradıb. Cənubi Qafqaza geosiyasi aspektdən baxsaq görərik ki,Avropa və Asiyanın ticarət yolları və dəhlizləri arasında yerləşənbu həyati əhəmiyyətli bölgədə bir çox siyasi qüvvələr Qərbləbirləşməyə can atır. Sabiq nazir Ermənistanın “Qərbə yaxınlaşmaq”istəyinə baxmayaraq xarici siyasətinin güvən doğurmadığınıvurğulayıb. Buna görə də artıq onu müdafiə etmək üçün heç bir Qərbdövlətinin “əllərini çirkləndirməyə” hazır olmadığını bildirib.

Yazıda həmçinin qeyd edilib ki, Rusiya bölgədə öz təsirinisaxlamaqda maraqlıdır, Türkiyə Azərbaycanla sıx əməkdaşlıqdanfaydalanmaq istəyir, Fransa birmənalı olaraq ermənilərə dəstəkverir, İran isə pusquda durub uyğun məqam gözləyir. Belə birvəziyyətdə bir neçə güc sözügedən coğrafiyaya bir-birinə qarşımüdaxilə etmək qərarına gələrsə, bu, xaos və sonsuz münaqişələrlənəticələnəcək. Bu mənada Cənubi Qafqaz ölkələrinə xüsusən dəErmənistan və Azərbaycan arasında baş vermiş ikinci Qarabağmüharibəsindən sonrakı dövrdə ən arzuolunmaz şeyqeyri-stabillikdir.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://thej.ca/2025/02/24/threats-to-the-south-caucasus/

Избранный
20
1
az.trend.az

2Источники