RU

Tramp ABŞ-ın əvvəlki administrasiyasının milyonlarla dollar xərclədiyini açıqladı- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp martın 5-də Konqresin Nümayəndələr Palatası və Senatı qarşısında çıxışı zamanı Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiyanın büdcə xərclərini sadalayıb.

Onun sözlərinə görə, keçmiş administrasiya Banqladeşdə "siyasi landşaftın gücləndirilməsi" üçün 29 milyon dollar ayırıb. Tramp bu məqama münasibət bildirərək, bu ifadənin nəyi ifadə etdiyini anlamadığını vurğulayıb. Həmçinin, ABŞ hökuməti ərəb versiyasında yayımlanan "Sizəm küçəsi" (Sesame Street) üçün 20 milyon dollar sərf edib.

Bundan başqa, Tramp Baydenin prezidentliyi dövründə ABŞ-ın Uqandada sosial və davranış dəyişikliklərinə 42 milyon dollar, Mozambikdə isə kişi sünnətinə 12 milyon dollar xərclədiyini qeyd edib.

Trampın tarif müharibəsi: dünya iqtisadiyyatını nə gözləyir?

Martın 4-dən etibarən ABŞ Çin, Meksika və Kanadadan idxal olunan mallara qarşı rüsumları kəskin şəkildə artırıb.

Bundan əlavə, "The Washington Post" fevralın 20-də yazıb ki, Tramp administrasiyası ölkənin hərbi xərclərini ciddi şəkildə azaltmağı planlaşdırır. Məlumata görə, müdafiə naziri Pit Hegset Pentaqon və bütün hərbi qurumların rəhbərliyinə qarşıdakı beş il ərzində müdafiə büdcəsinin 8% azaldılması üçün plan hazırlamağı tapşırıb. Nəşr qeyd edib ki, bu planın Konqresdə daxili müqavimətlə qarşılaşması ehtimalı yüksəkdir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
olaylar.az

1Источники