RU

Lukaşenko: Bayden yenidən seçilsəydi, nüvə müharibəsi olacaqdı...

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Co Bayden yenidən ABŞ prezidenti seçilsəydi, dünya üçüncü dünya müharibəsinə və nüvə qarşıdurmasına yaxınlaşacaqdı...

Poliqon xəbər verir ki, Belarus prezidenti bu barədə amerikalı blogger Mario Naufala müsahibəsində danışıb. Lukaşenko hesab edir ki, Donald Trampın qələbəsi bu ssenaridən yayınmağa imkan verib.

“Təsəvvür etmək mənim üçün çətindir, amma mənə elə gəlir ki, biz nüvə qarşıdurmasına, üçüncü dünya müharibəsinə çox yaxınlaşacağdıq. Ən azı hələlik Trampın seçilməsi bu ekstremal ssenaridən yayınmağa kömək edib. Düşünürəm ki, bu, təkcə bu gün üçün deyil”, deyə Lukaşenko amerikalı jurnalistin Baydenin yenidən ABŞ prezidenti seçilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Tramp təbiətcə güclü insandır. O, sülhlə bağlı əsas vədlərini yerinə yetirir”, deyə Belarus prezidenti vurğulayıb.

Poliqon.info

Избранный
34
2
poliqon.info

6Источники