RU

Vətəndaşdan rüşvət alan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib - BİRGƏ MƏLUMAT

Bakı. Trend:

Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularınaqarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davametdirilir.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu iləSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgəməlumatında deyilir.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Şükürov RaminAydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti ƏzimovXalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuzəməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasındakeçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuroryanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işibaşlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunanvəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında XalidƏzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyataalınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmişvətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilindəsonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitinitələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismindəalmalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Şükürov Ramin Aydınoğlu və Nəbiyev Emil Ramiz oğluna Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan birqrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Əzimov XalidValik oğluna isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olanbir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elanedilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəməninqərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev vəXalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədənkənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində vəzifəli vədigər şəxslər tərəfindən yol verilən qanunsuzluqların qarşısınınalınması, o cümlədən korrupsiyaya qarşı mübarizə və şəffaflığınartırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonrada davam etdiriləcəkdir.

Избранный
17
42
az.trend.az

10Источники