Bu gün Bakıda, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında maşın yanıb, sürücüyə 15 min manatdan çox ziyan dəyib.
Bizim.Media xəbər verir ki, hadisənin dünənki Od çərşənbəsi zamanı yandırılan tonqalın qalıqlarının tamamilə söndürülməməsi səbəbindən baş verdiyi ehtimal olunur.
Məlumata görə, klinikanın həkimlərindən biri avtomobili klinikanın qarşısında saxladıqdan bir neçə dəqiqə sonra maşında yanğın başlayıb.
Nəticədə nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb. (Oxu.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта