RU

Əl-Şaradan çağırış: Suriyadan geri çəkilməsi üçün İsrailə təzyiq edin

Suriya prezidenti Əhməd əl-Şara Ərəb Birliyi Sammitindəki çıxışında cari məsələlərə toxunub.

Publika.az xəbər verir ki, o, İsrailin Suriyanın suverenliyini pozmağa çalışdığını bəyan edib.

“Biz beynəlxalq ictimaiyyəti Suriyanın cənubundan dərhal geri çəkilmək üçün İsrailə təzyiq edərək öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - deyə o bildirib.

Suriya lideri vurğulayıb ki, İsrailin bölgədə düşməncəsinə genişlənməsi təkcə Suriyanın suverenliyinin pozulması deyil, həm də bütün regionda təhlükəsizlik və sülhə birbaşa təhdiddir.

Избранный
11
publika.az

1Источники