
Çində 19 yaşlı bir gəncə Alzheimer diaqnozu qoyulub və bu, onu dünyanın ən gənc xəstəsi edib. Xəstəlik gen mutasiyası və ya travma olmadan inkişaf edib, sürətli yaddaş itkisinə səbəb olub.

E-saglam.az xəbər verir ki, Alzheimer adətən yaşlı insanlarda rast gəlinir, lakin bu nadir hal alimləri çaş-baş qoyub. Gənc oğlan 17 yaşında yaddaş problemləri yaşamağa başlayıb və zamanla vəziyyəti pisləşib. Beyin müayinəsində hipokampusun kiçilməsi və demans əlamətləri müşahidə olunub.
Alimlər genetik mutasiya tapmayıb və xəstəliyin səbəbi hələ də bilinmir.
Tədqiqatçılar bildirir ki, gənclərdə Alzheimerin səbəblərini araşdırmaq gələcək elmi araşdırmalar üçün böyük bir problem olaraq qalır.
Tərcümə: Könül Oruc