RU

Çindən Trampın addımına sərt cavab: "Hər cür müharibəyə hazırıq!"

ABŞ Prezidenti Donald Trampın Çindən idxal edilən məhsullara əlavə gömrük rüsumları tətbiq etməsi cavabsız qalmayıb. Çin bəzi Amerika məhsullarına 10-15 faiz əlavə vergi tətbiq etdiyini elan edib. 

 

Sfera.az "Haber7.com"a istinadən xəbər verir ki, Pekin administrasiyası ABŞ-nin yeni tarif qərarını kəskin tənqid edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian məsələ ilə bağlı açıqlamasında bildirib ki, təzyiq, məcburiyyət və hədələrlə Çinlə mübarizə aparmaq mümkün deyil: “Bizi qorxutmaq cəhdləri heç bir nəticə verməyəcək. Çin xalqı heç vaxt zorakılığa boyun əyməyəcək. Əgər ABŞ-nin istədiyi müharibədirsə – istər gömrük vergisi savaşı, istər ticarət savaşı, istərsə də başqa bir müharibə – biz sona qədər mübarizə aparmağa hazırıq”. 

 

Çinin paytaxtı Pekində Ümumçin Xalq Konqresinin illik iclası keçiriləcək. Toplantıda Çinin ikinci ən yüksək vəzifəli şəxsi olan Li Çyanın Trampın təhdidlərinə toxunacağı gözlənilir. Çıxışda, həmçinin Çinin iqtisadi inkişaf göstəriciləri, hərbi xərcləri və ABŞ-nin artan təzyiqləri qarşısında strategiyaları açıqlanacaq. 

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian vurğulayıb ki, Çin gömrük tarifləri ilə hədələnərək geri çəkilməyəcək və heç bir şantaja boyun əyməyəcək. O, ABŞ-ni dialoqa çağıraraq, Pekinin ədalətli şərtlər əsasında əməkdaşlığa açıq olduğunu, lakin təzyiqlərə boyun əyməyəcəyini bildirib.

 

ABŞ-Çin münasibətlərindəki gərginliyin daha da artıb-artmayacağı, Pekində keçiriləcək illik toplantıdan sonra daha da aydınlaşacaq. 

 

Bəsti Rəfizadə
 

Избранный
104
50
sfera.az

10Источники