RU

Yəmən husiləri ABŞ-nin pilotsuz təyyarəsini vurub

Husilər hava hücumundan müdafiə sisteminin Hudeydə vilayətinin hava məkanında düşmən fəaliyyətləri həyata keçirən ABŞ-nin MQ-9 tipli PUA-nı vurublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə husilərin Hərbi Sözçüsü Yəhya Səri açıqlama yayıb.

Qəzza zolağına verilən dəstək çərçivəsində ABŞ və İsrailə qarşı mübarizədə vurulan MQ-9 tipli PUA-ların sayının 15-ə yüksəldiyini qeyd edən Səri Fələstin xalqına dəstəyini davam etdirəcəklərini bildirib.

Hələlik ABŞ-dan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Избранный
24
operativmm.az

1Источники