RU

Azərbaycanda “Apple”ın dəstəyi ilə Təlim-Tədris və Sertifikasiya Mərkəzi yaradılacaq

Bu il ABŞ-ın “Apple” texnologiya şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Təlim-Tədris və Sertifikasiya Mərkəzi yaradılacaq.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mərkəzdə tələbələrə “Apple” şirkətinin əməliyyat sistemləri və proqram təminatı öyrədiləcək: “Bu biliklər rəqəmsallaşma prosesinə mühüm töhfə verəcək. Təlim prosesindən keçənlərə beynəlxalq səviyyədə fəaliyyət göstərmək üçün imkanlar yaradılacaq”.

F. Cəfərov əlavə edib ki, gələn ildən ölkə ərazisində bu mərkəzin filialları yaradılacaq.

© “Report” 

Избранный
93
1
marja.az

2Источники