Xəbər verildiyi kimi Göygöl rayonunda 4 nəfərin dəm qazından zəhərlənərək öldükləri bildirilir. Hələki bu fakt rəsmi təsdiqini tapmayıb. Ölənlər Kəlbəcər rayon sakinləridir. Onlardan 3 bacı-qardaş Kəlbəcərin Qılınclı kəndindən, 1990-cı il təvəllüdlü Səbinə Müseyibova isə rayonun Laçınlı kəndindəndir.
Ölən şəxslərin Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı Gülüstan qəsəbəsində yaşadıqları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə gecə saatlarında baş verib, lakin ölənlərin yaxınları bundan səhər 07:00 radələrində xəbər tutublar. Onları tanıyan bir nəfər hadisə baş verən evə getsə də qapını açan olmayıb. Ev sahibi ilə də əlaə saxlamaq mümkün olmayıb. Qapını açdıqda həmin 4 nəfərin vəfat etdiyi məlum olub.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ev təmirli və kombili olduğu üçün hadisənin dəm qazından olması ehtimalı azdır.
İddialara görə 4 nəfər qidadan zəhərlənib.
Faktla bağlı araşadırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта