RU

Lebron Ceymsdən tarixi rekord

Əfsanəvi basketbolçu Lebron Ceyms tarixi rekorda imza atıb.

Msport.a xəbər verir ki, “Los-Anceles Leykers”in lideri müntəzəm mövsüm və pley-offlar daxil olmaqla, karyerası ərzində 50 min xal toplayan ilk oyunçu olub. 40 yaşlı superulduz bunu “Nyu Orlean”la görüşdə həyata keçirib. Onu 44 min 149 xalla Kərim Abdul-Cabbar izləyir.

NBA-da 22-ci mövsümünü keçirən Lebron Ceyms eyni zamanda, pley-offlarda topladığı 8162 xalla da liderlik edir.

Qeyd edək ki, “Los-Anceles Leykers”in “Nyu Orlean”ı 136:115 hesabı ilə məğlub edib.

Избранный
47
msport.az

1Источники