ABŞ Çin mallarına rüsumları 10%-dən 20%-ə qaldırıb. Çinin ABŞ-dəkı səfirliyi sona qədər mübarizə aparmağa hazır olduğunu bildirib. Missiya.Az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.ABŞ-nin Çin mallarına rüsumları artırmasından sonra Çinin ABŞ-dəkı səfirliyi sərt açıqlama verib. Vaşinqton idxal tariflərini 10%-dən 20%-ə yüksəltmək qərarına gəlib və bu, Pekinin sərt reaksiyasına səbəb olub.Çin səfirliyinin sosial mediada rəsmi açıqlamasında deyilir: "Əgər ABŞ müharibə istəyirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı digər müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq".Bu bəyanat Donald Trampın iqtisadi siyasətlə bağlı çıxışını yekunlaşdırarkən yayımlanıb. Bu, dünyanın iki ən böyük iqtisadiyyatı arasında iqtisadi qarşıdurmaya cavab idi.
Zərintac MayisqızıMissiya.Az