RU

Vardanyanın pulları ermənilərin ağlını başından alıb: “Onu geri almalıyıq”

Ruben Vardanyanın pulları ermənilərin gözünü elə qamaşdırıb ki, hər yerindən duran bu mövzuda “müdafiə tərəfi” olmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, keçmiş deputat Mane Tandelyanın aclıq aksiyası şousunun ardından ekspertlər də hərəkətə keçiblər.

Belə ki, Azərbaycanşünas Tatevik Ayrapetyan iddia edib ki, Bakıda mühakimə olunan erməni terrorçularını müdafiə etmək və Azərbaycandan almaq lazımdır. “Bakıdakı erməniləri geri almaq üçün beynəlxalq təşkilatlarla birlikdə Azərbaycana təzyiq etməliyik. Bakı bu təzyiqlərin qarşısında duruş gətirə bilməyəcək”.

P.S. Ermənilərin bu tip yanaşmaları sərsəmlikdən başqa bir şey deyil. Onlar hələ də o fikirdədirlər ki, 30 ildir Azərbaycana qarşı cinayət törətmiş terrorçuları beynəlxalq təşkilatların əli ilə Azərbaycandan ala bilərlər.

Избранный
28
tribunainfo.az

1Источники