RU

Trampın keçmiş müşaviri Zelenskini fırıldaqçı və əclaf adlandırıb

ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bannon fevralın 28-də Ağ Evdə keçirilən görüşdə Ukrayna prezidenti Vladimir Zelenskinin davranışını kəskin şəkildə pisləyib.

NOCOMMENT.az xəbər verir ki, o, bu fikirləri Sky News-a müsahibəsində bildirib.

“Zelenskiyə etibar etmək olmaz. O, fırıldaqçı və əclafdır. O, bunu Oval Ofisdə nümayiş etdirdi”, – Bannon bildirib.

Amerika liderinin keçmiş müşavirinin sözlərinə görə, Zelenskiyə dəfələrlə deyiblər ki, ABŞ-dan təhlükəsizlik zəmanəti tələbləri yersizdir, çünki onlar Amerika qoşunlarının Ukraynada yerləşdirilməsini nəzərdə tutur. Bannon bunun “heç vaxt baş verməyəcəyini” qeyd etdi, lakin Ukrayna prezidenti zəmanət almaq üçün qalmaqala səbəb oldu.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Zelenskinin Ağ Evdə baş verənlərə görə peşman olması üzrxahlıq sayıla bilər.

Избранный
30
nocomment.az

1Источники