RU

Bakıda Neft Emalı Zavodunda yanğın söndürülüb

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Olaylar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb edilmişdi. Ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülmüşdü.

Bundan əlavə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası da cəlb edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
51
16
olaylar.az

10Источники