RU

Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcəyik - Tramp

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Konqresin birgə iclasında çıxış edərək ölkəsinin sərhəd təhlükəsizliyi, iqtisadiyyat və xarici siyasət sahəsindəki addımlarını şərh edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, 1 saat 38 dəqiqə davam edən çıxışında Tramp administrasiyasının “Amerika arzusunu” yenidən gerçəkləşdirməkdə qərarlı olduğunu bildirib.

“Amerika geri döndü. Ölkəmiz doğru istiqamətdə gedir”, – deyə Tramp vurğulayıb.

O, sərhəd təhlükəsizliyini gücləndirdiklərini, Paris İqlim Sazişi və Ümumdünya Səhiyyə Təşkilatından çıxdıqlarını xatırladıb, cinsiyyət mövzusunda yalnız kişi və qadının rəsmi tanınmasını təmin etdiyini qeyd edib.

Tramp ABŞ-ın Qrenlandiya üzərində nəzarəti artırmaq niyyətini bir daha vurğulayıb.

“Bizə milli və beynəlxalq təhlükəsizlik üçün Qrenlandiya lazımdır və bunu əldə edəcəyik”, – deyə o bildirib.

O, həmçinin Qrenlandiya sakinlərinə "Amerika sizi təhlükəsiz və firavan edəcək” mesajını verib.

Tramp Panama Kanalı ilə bağlı da iddialı çıxış edib.

“Bu kanal amerikalılar tərəfindən tikilib və biz onu geri alırıq”, – deyə o vurğulayıb.

Tramp gömrük tariflərinin aprelin 2-dən qüvvəyə minəcəyini açıqlayıb və “Bizə tətbiq edilən tariflərin eynisini tətbiq edəcəyik” - deyə bildirib.

O, CHIPS Qanununu isə “dəhşətli bir şey” adlandıraraq, onun ləğv olunmalı olduğunu deyib.

Избранный
41
turkic.world

1Источники