RU

Hücumdakı problemi onunla həll etmək istəyir - Paytaxt təmsilçisi

“Lill”in hücumçusu Conatan Davidin İngiltərə Premyer Liqasının top-klubunda oynamaq imkanı var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum xəttində liderə çox ehtiyacı olan “Arsenal” kanadalı forvardı transfer etməkdə maraqlıdır.

“Topçular” “Lill”lə müqaviləsi bu ilin yayında başa çatacaq futbolçuya tezliklə təkliflə müraciət edəcək.

25 yaşlı futbolçu cari mövsümdə Fransa Liqa 1-də 22 matçda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə verib.

Избранный
70
5
sportinfo.az

10Источники