RU

Türk musiqisinin əfsanəsi son səfərinə yola salınıb - FOTO

Türk

Sənət dünyasının dəyərli simalarından biri olan Edip Akbayram, martın 2-də Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında orqan çatışmazlığından vəfat edib. Sənətçinin xatirəsi "Cemal Reşit Rey" Konsert Salonunda keçirilən mərasimlə yad edilib.Mərasimdə sənətçinin ailəsi, yaxınları və sevdikləri ilə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, tanınmış sənətçilər Zülfü Livaneli, Ferhat Göçer, Suavi və sənət dünyasının bir çox tanınmış siması iştirak edib.Türkü Akbayram, atasını yad edərkən səhnəyə kiçik qızı ilə çıxdı və emosional bir nitq söylədi: "Çoxunuzun Edip qardaşı mənim atamdır. Mənə həyat verən, yoluma işıq salan... Nə desəm də, onun bu ölkəyə qatdıqlarından daha mənalı olmayacaq. O, Atatürkün ideallarına sadiq qalaraq bu yurda dəyərli işlər qoyan bir insandı. Səninlə fəxr edərək yaşayacağam, ata. Əlvida."Akbayram, Üsküdardakı Karacaahmet qəbiristanlığında dəfn edilib. Onun musiqisi və həyat felsəfəsi, onu sevənlər tərəfindən əbədi olaraq yad ediləcək.Türk

Diqqət Çəkənlər

Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv edib

Sabahın hava proqnozu

Ermənilər ABŞ-dan deportasiya olunur

Избранный
29
ulusum.az

1Источники