RU

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin qarşıya qoyduğu hədəflər açıqlanıb

Bakı. Trend:

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti özfəaliyyəti zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifə vəhüquqlardan istifadə edərək qarşıya qoyduğu prioritet tədbirlərinhəyata keçirilməsi nəticəsində müəyyən hədəflərə nail olmağıplanlaşdırır.

Trend-inməlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi yanında (ADSEA) Suların İstifadəsinə və MühafizəsinəNəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinəvə mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.

O, bildirib ki, suların istifadəsi və mühafizəsi sahəsindəsahibkarlıq subyeklərinin və əhalinin maarifləndirilməsi,Respublika üzrə yeraltı və yerüstü su ehtiyatlarının monitorinqqiymətləndirilməsi, əhalinin və sahibkarlıq subyektlərinin suehtiyatlarından səmərəli istifadə edilməsinə təşviq edilməsi, suobyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcudqanunvericilk aktlarının tələblərinə riayət edilməsi məsələlərinənail olmaq planlaşdırılır.

"Bununla yanaşı, içməli su təchizatı və suvarma suyu sahəsindəsu itkilərinin azaldılması, transsərhəd suların, o cümlədənrespublika üzrə su və su təsərrüfatı obyektlərində monitorinq vənəzarət tədbirlərinin gücləndirilməsi ilə su hövzələrinin çirklənmədərəcəsinin minimuma endirilməsi, su və su təsərrüfatı obyektlərinəqanunsuz müdaxiləyə və sudan qanunsuz istifadəyə qarşı mübarizətədbirlrəinin gücləndirilməsi, su obyektlərindən xüsusi məqsədlərüçün istifadəyə icazə sənədi olmadan su götürülməsinin qarşısınınalınması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il17 mart tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudanödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi nəticəsindəistifadə edilən suya münasibətdə tariflərin diferensiallaşmasınanail olunması hədəf olaraq qoyulub", - o bildirib.

Избранный
24
az.trend.az

1Источники