RU

ABŞ Britaniyaya Ukraynaya kəşfiyyat məlumatları ötürməyi qadağan edib- ÖZƏL

ABŞ Böyük Britaniyaya Ukraynaya Amerika kəşfiyyat məlumatlarını ötürməyi qadağan edib. Olaylar.az xəbər verir ki,  bu barədə martın 5-də The Daily Mail qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Britaniya xüsusi xidmət orqanları və hərbi qurumlarına ABŞ-dan əldə edilən və əvvəllər "Releasable to Ukraine" (Ukraynaya ötürülməsi mümkün) kimi təsnif edilən kəşfiyyat məlumatlarını bölüşməmək barədə birbaşa əmr verilib.

Qadağa Britaniyanın Hökumət Rabitə Mərkəzi (GCHQ), casus agentlikləri və Müdafiə Nazirliyinin kəşfiyyat bölmələrinə şamil edilir. Məlumata görə, Vaşinqton ABŞ kəşfiyyat məlumatlarının Kiyevdə yerləşən agentliklər vasitəsilə ötürülməsinə ciddi nəzarət edəcək.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
olaylar.az

1Источники