RU

44 günlük müharibə ilə bağlı hesabat Ermənistan parlamentinə çıxarılacaq

44 günlük müharibənin şəraitini araşdıran komissiyanın hesabatı 2025-ci ildə Ermənistan parlamentinin plenar iclaslarında mütləq müzakirə olunacaq.

Modern.az xəbər verir ki, bunu martın 5-də Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan deyib.

O, konkret tarix açıqlamayıb ki, heç bir spekulyasiya olmasın.

Qanun istintaq komissiyasının işi başa çatdıqdan sonra hesabatın dərc olunmasını tələb edir, lakin bu, uzun müddətdir ki, baş vermir.

Избранный
51
2
modern.az

4Источники