"Napoli" futbolçusu Matias Olivera ilə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi 2030-cu ilə qədər A Seriyası komandasının şərəfini qoruyacaq.
Olivera 2022-ci ildən "Napoli"də çıxış edir. O, bu müddət ərzində 90 oyunda 3 qol vurub.