RU

İrana raket hazırlamağı kim öyrədib? – 7 rus mütəxssisin gizli Tehran səfəri

İranın son zamanlar raket texnologiyasını gücləndirməsi və bir sıra yeni raket sistemləri hazırlaması ilə bağlı maraqlı məlumat ortaya çıxıb. Tribunainfo.az xəbər verir ki, “Reuters” agentliyi bu işdə rusların rolunun olduğu barədə məlumat yayıb.

Bildirilir ki, ötən il 7 rus hərbçisi və mütəxəssisi İrana gizli səfər ediblər. Həmin məlumata görə, onların hamısı raket silahları üzrə mütəxəssis olublar. “Həmin şəxslərin İrana raket sənayesi sahəsində dəstək verdikləri bildirilir”.

İran tərəfi məlumatı təkzib edib, bütün silahların İran mütəxəssisləri tərəfindən hazırlandığını iddia ediblər.

Избранный
22
tribunainfo.az

1Источники