RU

Ukrayna ilə bağlı sabah keçiriləcək sammit Macarıstanla fikir ayrılığına görə ləğv oluna bilər

Avropa İttifaqı (Aİ) ölkələrinin diplomatları martın 6-da keçirilməsi nəzərdə tutulan və Ukraynadakı son hadisələrə, eləcə də Avropanın müdafiəsinin gücləndirilməsinə həsr olunmuş sammitin Macarıstan və onu dəstəkləyən ölkələrlə fikir ayrılığına görə ləğv ediləcəyindən ehtiyat edirlər.

Bu barədə TASS "Politico"ya istinadən məlumat yayıb.

Məlumata görə, "Avropa liderləri qorxunc sammitə hazırlaşır”. "Qorxunc ssenari ondan ibarətdir ki, ABŞ tezliklə Rusiyanın bir çox tələbini özündə ehtiva edən sövdələşməni elan edəcək, sonra isə Ukrayna və Avropaya onu qəbul və ya imtina etməyi söyləyəcək”, - Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun baş direktorunun müavini Malkolm Çalmers deyib.

Martın 4-də Macarıstanın xarici işlər naziri Peter Siyarto "Avropanın Ukraynada hərbi əməliyyatları öz maraqlarına böyük ziyan dəymədən uzunmüddətli perspektivdə maliyyələşdirməyə davam edəcəyi ehtimalını qeyri-real adlandırıb. O, Macarıstanın Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həllinə yönəlmiş danışıqları dəstəklədiyini təsdiqləyib.

Xəbər verildiyi kimi, Aİ ölkələrinin liderləri Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən təklif edilən Kiyevə 20 milyard avroluq yeni hərbi yardım paketinin hazırlanmasını dayandırır. Buna səbəb Macarıstanın etirazlarıdır. Aİ ölkələrinin nümayəndələrinin müzakirə etməli olduğu mətndən Ukraynaya yeni hərbi yardım göndərilməsi ilə bağlı birbaşa istinad çıxarılıb. Bu dəyişiklik Budapeştin sənədin əvvəlki versiyasına veto qoymasından sonra edilib.
Избранный
11
5
7news.az

6Источники