RU

Fiziyevin meneceri: “Rafael razılaşıbsa, deməli, yüz faiz hazırdır”

"Rafa razılaşıbsa, deməli, 100 faiz hazırdır".

İdman.biz xəbər verir ki, bu sözləri azərbaycanlı döyüşçü Rafael Fiziyevin meneceri Sayat Abdrahmanov amerikalı Castin Qetjiyə qarşı döyüşə hazırlıqların necə getdiyi barədə danışarkən deyib.

O, Sport24-ə Fiziyevin yaxşı formada olduğunu, çəkisini normaya gətirəcəyini deyib: "Rafa çətinliklərin öhdəsindən gəlməyi, risk etməyi xoşlayır. Əvvəlcə Qetjinin onunla döyüşməyə razı olub-olmayacağı tam müəyyənləşmədiyi üçün müəyyən tərəddüdlər vardı”.

Abdrahmanov bildirib ki, keçən il Parisdə Fiziyevlə Sen-Deni arasında döyüşün keçirilməsi variantı var idi: “Biz razılığımızı vermişdik, lakin UFC bu döyüşü Moykanoya verməyi qərara aldı. Noyabr və dekabrda döyüş variantları müzakirə olundu, lakin rəqib tapmaq mümkün olmadı. Fevral üçün bizə Qamrotu təklif etdilər, amma o, imtina etdi”.

Fiziyevin meneceri qarşıdakı döyüşdən gözləntilərini də bölüşüb: “Bəziləri deyəcək ki, Rafanın itirəcəyi heç nə yoxdur. Digər tərəfdən döyüşçülərin hər biri öz sağlamlıqlarını riskə atırlar. Fiziyev uzun müddət fasilə verib, lakin qarşıda onu ciddi rəqib gözləyir. Rafa razılaşıbsa, deməli, 100 faiz hazırdır. Əvvəlcədən bəhanələr axtarmağa ehtiyac yoxdur, biz bu qərarın bütün nəticələrini qəbul etməyə hazırıq”.

"Fiziyev Qetjiyə qalib gəlsə, kəmərə iddiaçı olacaqmı?" sualına Abdrahmanov belə cavab verib: “Bu, bir çox amillərdən asılıdır, lakin belə bir vəziyyət olduqca mümkündür. Hamısı digər namizədlərin vaxtından və hazırlığından asılıdır”.

Qeyd edək ki, Fiziyev və Qetji arasında döyüş martın 8-də Las-Veqasda keçiriləcək.

İdman.biz

Məqalədə:
Избранный
26
idman.biz

1Источники