RU

Tramp pul müqabilində iş adamları ilə görüşür - Bunun üçün nə qədər vəsait tələb olunur?

ABŞ Prezidenti Donald Tramp Florida ştatında yerləşən “Mar-a-Laqo” malikanəsində milyonlarla dollar müqabilində iş adamları ilə təkbətək görüşlər keçirir.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin “WIRED” saytının məlumatına görə, Trampa yaxın mənbələrə görə, aparıcı biznes xadimləri Trampla “Mar-a-Laqoda” təkbətək görüşmək üçün 5 milyon dollar ödəyirlər. Trampla təkbətək görüşlərin iş dünyasında böyük tələbat olduğunu bildirən mənbə, “Bu görüşlər ən prestijli fürsətlərdən birinə çevrilib”,-deyə bildirib.

Trampın bu şəxsi görüşlər vasitəsilə topladığı pulların hara getdiyi bəlli deyil. Lakin prosesdən birbaşa xəbəri olan mənbə bu vəsaitin Trampın prezidentlik kitabxanası üçün istifadə olunacağını iddia edib. Bu kitabxana Trampın 4 illik səlahiyyət müddətinin sonunda qurulacaq arxiv olacaq.

Qeyd edək ki, Trampın prezidentliyi dövründə belə tədbirlərin keçirildiyi barədə xəbərlər təzəcə ortaya çıxmağa başlasa da, “The Washington Post” daha əvvəl 2017-ci ildə Trampın ilk andiçmə mərasimi ərəfəsində oxşar şam yeməyinin təşkil edildiyini yazmışdı. Həmin vaxt belə naharlardan birinə İvanka Tramp və Jared Kuşnerin də qatıldığı bildirilirdi.

“AzPolitika.info”

Избранный
56
azpolitika.info

1Источники