Rusiya ordusu Kursk vilayətində daha iki yaşayış məntəqəsini azad edib.
Herbiand.az bildirir ki, bu barədə Telegram-da “Tsarqrad” telekanalı adı açıqlanmayan müharibə müxbirlərinə istinadən məlumat yayıb.
Söhbət Loknya və Oxoçiy qəsəbələrindən gedir. Digər təfərrüatlar verilmir.
Qeyd edək ki, Kursk vilayətində hərbi əməliyyatlar 2024-cü il avqustun əvvəlindən davam edir.
Bəxtiyar CƏFƏRLİ