RU

Azad olunmuş ərazilərdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur

Azad olunmuş ərazilərdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ramal Quluzadə Bakıda baş tutmuş növbəti əmək yarmarkasında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə ötən il 10 əmək, bir peşə yarmarkası həyata keçirilib:

"Həmin ərazilərdə bu il artıq iki əmək yarmarkası baş tutub. İl ərzində də işğaldan azad olunmuş ərazilərimizdə bu yarmarkalar ardıcıllıqla keçiriləcək. Bu məsələ diqqətdədir".

R.Quluzadə qeyd edib ki, hazırda bank, sığorta, istehsal və xidmət, emal sahəsi ilə bağlı olan vakansiyalara üstünlük verilir.

Избранный
12
1
ikisahil.az

2Источники