RU

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

Azərbaycanda

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.“Ulusum”.az xatırladır ki, bu gün Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən müəyyən edilib. Artıq 20 ildir ki, ölkədə martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.Azərbaycan Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil.1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bütün bunlar ölkəmizi beynəlxalq nüfuzlu yarışların keçirilməsi üçün əlverişli məkana çevirib. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib. Həmin idman mərkəzləri indi uğurla fəaliyyət göstərir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini verib.İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda hər il beynəlxalq və yerli turnirlər keçirilir. Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. Xüsusilə 2023-cü il qazanılmış nailiyyətlər, ilklər və rekordlar baxımından Azərbaycan idman tarixində mühüm yer tutdu. İdmançılarımız ötən ildə beynəlxalq yarışlarda ümumilikdə 1472 medal əldə etməklə Azərbaycan idman tarixində rekorda imza atıblar.Bölgələrdə də yerli və beynəlxalq turnirlər yüksək səviyyədə təşkil olunur. Bu onu göstərir ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır.2023-cü ildən işğaldan azad olunmuş ərazilərimizdə də beynəlxalq turnirlərin təşkilinə start verildi. Ötən il Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa" beynəlxalq velosiped turniri ilin ən əlamətdar idman hadisələrindən biri oldu. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində əlverişli hala salındığını göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqətin ayrıldığının bariz nümunəsinə çevrildi.Ötən il dekabr ayının 21-də xalqımız tarixi hadisəyə şahidlik etdi. 30 illik fasilədən sonra Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları qarşılaşdı.2024-cü ildə isə "Qürurla irəli!" şüarı altında ilk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonu Azərbaycanın azad edilən torpaqlarında təşkil olunan birinci beynəlxalq yürüş oldu. Burada müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı Xankəndidən Bakıya kimi 380 kilometr məsafə qət etdi.Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub.Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.

Diqqət Çəkənlər

Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv edib

Ermənilər ABŞ-dan deportasiya olunur

Saməddin Əsədova yüksək vəzifə verilib

Избранный
50
2
ulusum.az

10Источники