Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın“KazMunayQaz” şirkəti bu il Aktaudan Bakıya neft nəqlinin 1,7milyon tona çatdırılması planlarını müzakirə ediblər.
Trend xəbərverir ki, bu barədə "KazMunayQaz"dan məlumat verilib.
Bu məsələ SOCAR-ın rəhbəri Rövşən Nəcəflə qazaxıstanlı həmkarıAsxat Xasenov arasında keçirilən görüşdə müzakirə olunub.
"Tərəflər Qazaxıstan neftinin Aktau-Bakı-Ceyhan marşrutu ilənəqlinə dair 2022-ci ildə imzalanmış sazişin gedişatını müzakirəediblər. 2024-cü ilin yekunlarına görə, nəqlin həcmi 1,4 milyon tontəşkil edib. Cari il üçün plan 1,7 milyon ton neftdir", - şirkətdənbildiriblər.
Qeyd edək ki, Bakıda SOCAR, Qazaxıstanın “KazMunayQaz”,Rusiyanın “Tatneft” və Özbəkistanın “Uzbekneftegaz” şirkətlərininnümayəndələrinin iştirak etdiyi “Energetika sektorundarəqəmsallaşma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusundabeynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində şirkətrəhbərləri rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyisahəsində dördtərəfli əməkdaşlıq memorandumları imzalayıblar.