RU

Dünyanın ən böyük buz dağı sahilə yaxınlaşıb

Dünyanın ən böyük buzdağı A23a Atlantik okeanında Böyük Britaniyaya məxsus ada yaxınlığında sahilə yaxınlaşıb.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, buz parçasının Cənubi Corciya Adası sahillərində təxminən 80 km məsafədəki dayaz kontinental şelfə çırpıldığı bildirilir. Böyük Britaniya Antarktika Araşdırma İnstitutunun (British Antarctic Survey) mütəxəssisi professor Nadine Conston bu hadisəni "boş bir səhra ortasına qida bombası atmaq" kimi təsvir edib.

Cənubi Corciya hökumətinə məsləhətçilik edən ekoloq Mark Belçier isə bildirib ki, buzdağının parçalanması nəticəsində əmələ gələn qırıntılar bölgədə hərəkət edən gəmilər üçün təhlükə yarada bilər və balıqçılıq sahələrinə çıxışı məhdudlaşdıra bilər.

Antarktikada fəaliyyət göstərən "RRS Sir David Attenborough" qütb tədqiqat gəmisinin alimi professor Hyu Qriffits isə qeyd edib ki, "Bütün buzdağlarının sonu əriyib yox olmaqdır. A23a buzdağının bu qədər uzun müddət mövcud olması və sahəsinin yalnız dörddə birini itirməsi olduqca təəccüblüdür".

Alim əlavə edib ki, buzdağının ekosistemə təsiri böyükdür: "Okean dibini dərinliklərə qədər qazıyaraq məhv etsə də, bəzi yerlərdə yeni qida qaynaqları yaradır. Buz olmasa, bu ekosistemlər də mövcud olmazdı. Onlar dünyanın ən məhsuldar ekosistemlərindən biridir və çoxsaylı canlı növlərinə, o cümlədən dünyanın ən böyük heyvanlarından biri olan mavi balinalara qida təmin edir".

Избранный
80
1
far.az

10Источники