Bir vaxtlar parlaq gələcək vəd edən, İspaniya futbolunun vunderkindi sayılan Ansu Fati "Barselona"dan gedir.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu bu ilin yayında Kataloniyanı tərk edəcək.

Buna səbəb Fatinin bu mövsümdə "Barselona"da heç cür möhkəmlənə bilməməsidir. O, 2024/2025 mövsümündə cəmi 8 oyuna çıxıb, 1 qol belə vura bilməyib.

Futbolçuya Səudiyyə Ərəbistanı və Qətərdən təkliflər var. Vaxtilə transfer dəyəri 80 milyon avro olan Fatinin keçid qiyməti hazırda Transfermarkt portalında 10 milyon avro dəyərləndirilir.