RU

İran internetsiz qalıb

İranda bir gün əvvəl baş vermiş internet kəsilməsinə Gürcüstan və Ermənistan sərhədində fiber-optik rabitənin kəsilməsi səbəb olub.

Mütəxəssislər problemi həll etməyə çalışırlar, İranın informasiya və telekommunikasiya texnologiyaları nazirinin müavini Behzad Əkbəri bildirib.

“Gürcüstan-Ermənistan sərhədində optik lif kabelinin qırılması səbəbindən İranın internet xətti əhəmiyyətli dərəcədə kəsilib. Yaranmış narahatlığa görə üzr istəyirik. Əməkdaşlarımız problemin həlli üzərində işləyirlər”, - deyə, nazir müavini vurğulayıb. 

Fars agentliyinin məlumatına görə, ötən il İranda internetdə iki fasilə olub ki, buna səbəb Gürcüstanda optik lifin qırılması olub.

İranın rabitə nazirinin müavini Behzad Əkbəri sosial media hesabında paylaşım edərək, ölkə internet kəsintisinin səbəbini açıqlayıb. 

Qeyd edək ki, İran dünyanın ən məhdudlaşdırıcı internet senzura sistemlərindən birinə sahib olması ilə tanınır. İslam Respublikası internet saytları və onlayn xidmətlər də daxil olmaqla internetin 70%-ə çıxışını bloklayıb.

Избранный
18
1
anspress.com

2Источники