RU

Makron Meloniyə səsləndi: Kimin yanındasan?

Vətəninfo.az xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni ABŞ-da keçirilən prezident seçkiləri öncəsi,eyni zamanda seçkidən sonra ABŞ prezidenti Donald Trampla daha yaxşı münasibətlərə sahib tək-tük Avropalı siyasətçilərdən biridir.

Trampın Ağ Evdə Zeliniskiyə qarşı etdiyi kobud və təhqiredici hərəkətlərdən sonra, davamlı Fransa prezidentini tənqid edən Giorgia Meloni indi Makron tərəfindən hədəfə alınıb.

Artıq Fransa prezidentinin əlinə Giorgia Meloni ilə bağlı fürsət düşdüyündən, eyni zamanda Makron tərəfdarı fransalı jurnalistlər İtaliyan baş nazirini tənqid edən məqalələr yayımlamaqdadırlar.
Bu qaralama kompaniyasına öncüllük edən nəşirlərdən biri də “Le Point” nəşridir.

Nəşir yazır ki, görəsən Giorgia Meloninin diplomatik ürəyi bu gün hansı tərəfə söykənir? Rusiya təcavüzünün ilk günündən olduğu kimi hələ də Ukraynanın yanında möhkəm dayanıb? Yoxsa, nəyin bahasına olursa olsun, Moskva ilə mümkün qədər tez barışıq bağlamağa qərarlı olan Donald Trampın və italyanların gələcəkdə Vaşinqtonla Avropa arasında “imtiyazlı vasitəçi” rolunu oynamağa ümid etdiyi Donald Trampın bhərəkətlərinin?

“Oval kabinetdə Vladimir Zelenskiyə şiddətli hücumdan sonra bəziləri, Alp dağlarının bu tərəfində hər halda özlərinə bu sualı ciddi şəkildə verdilər”-deyə məqalədə qeyd edilir.

Nəşir yazır ki, Giorgia Meloni yəqin ki,öz siyasətində müəyyən korrektələr edər,əks təqdirdə italiyan seçicilər və tənqidçilərin hədəfindən kənarda qala bilməyəcək.

Vətəninfo.az

Избранный
48
veteninfo.az

1Источники