RU

Bir neçə müəssisənin rəqəmsal diaqnostikası aparılıb

2024-cü ildə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində bir neçə müəssisənin rəqəmsal diaqnostikası aparılıb.

Bu barədə Mərkəzin 2024-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransında 4SİM-in icraçı direktoru Fariz Cəfərov məlumat verib.

Bildirilib ki, il ərzində müəssisələrin rəqəmsal transformasiyaya hazırlıq səviyyəsi ölçülüb, müvafiq yol xəritələri hazırlanıb. 4SİM-in 2025-ci ildə daha 15 müəssisənin, 2030-cu ilə qədər isə 650 müəssisənin rəqəmsal transformasiyasına dəstək verməsi nəzərdə tutulub.

Избранный
94
vergiler.az

1Источники