Futzal üzrə FIFA referilərimiz növbəti təyinat alıb.
Msport.az xəbər verir ki, UEFA Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılova yenidən etibar edib.
Onlar AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə – Slovakiya oyununu idarə edəcəklər. Görüşün birinci hakimi Qafarlı, ikinci hakimi Əmiraslanov, üçüncü hakimi Cəbrayılov olacaq.
Qarşılaşma martın 12-də Türkiyənin Erzincan şəhərində keçiriləcək.