RU

“Sirab” və “Badamlı” bahalaşdı – İstehlakçı şirkətlər səbəbi açıqlamır...

Bu gündən etibarən Azərbaycanda süfrə suyu istehsal edən məşhur şirkətlər qiymətləri bahalaşdırıb. 

“AzPolitika” xəbər verir ki, paytaxtdakı ticarət obyektərində “Sirab”, “Badamlı” mineral və süfrə suları qablaşdırılmasından asılı olaraq 5-50 qəpik aralığında əvvəlkindən daha baha satılır. 

Marketlərdən saytımızın əməkdaşına bildirilib ki, 0.5 litirlik sular 50 qəpikdən 55 qəpiyə, 1 litrlik qablarda 80-85 qəpikdən 90-95 qəpiyə, 1.5 litrlik qablaşdırılmış süfrə suları isə 10 qəpik bahalaşdırılaraq 1.05 qəpiyə təklif olunur. Habelə 3, 5, 10, 19 litrlik qablarda olan “Sirab”, “Badamlı” da əvvəlki qiymətlərdən 45-50 qəpik yüksək qiymətə satılır.

“Sirab” Mineral Su zavodunun Bakı təmsilçiliyindən “AzPolitika”-ya mart ayının əvvəlindən şirkətin məhsullarının qiymətinin artırıldığı təsdiqləndi. Amma bahalaşmanın səbəbi barədə hər hansı açıqlama verilmədiyi qeyd olundu.

“Badamlı”-nın istehsalçı şirkəti ilə əlaqə saxlamaq mümkün olmadı, adıçəkilən şirkətin internet ünvanı da fəaliyyətsizdir.

Rasim

“AzPolitika.info”   

Избранный
38
azpolitika.info

1Источники