RU

Tramp Konqres qarşısında ən uzun çıxış rekordunu yeniləyib

Bakı, 5 mart, AZƏRTAC

Prezident Donald Trampın martın 4-də Konqresə müraciəti ABŞ liderlərinin Nümayəndələr Palatası və Senat qarşısında etdikləri ən uzun çıxış olub.

AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə “American Presidency Project” layihəsinə istinadla məlumat yayıb.

Trampın çıxışının təxminən 1 saat 39 dəqiqə davam etdiyi bildirilir. Əvvəlki rekord isə 2000-ci ildə qanunvericilərə 89 dəqiqə müraciət edən Bill Klintona məxsus olub. Donald Trampın bundan əvvəl Konqres qarşısında ən uzun çıxışı 2019-cu ildə qeydə alınıb - 1 saat 22 dəqiqə.

Qeyd edək ki, ABŞ prezidentləri ənənəvi olaraq hər il ölkənin vəziyyəti ilə bağlı Konqresi məlumatlandırır.

 

Избранный
23
1
azertag.az

2Источники