RU

Kəngərlidə avtobus avtomobilə çırpılıb: Xəsarət alan var

Kəngərlidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Xok kəndində qeydə alınıb. 74-BC-182 dövlət nömrə nişanlı "Mercedes" markalı avtobus yol kənarında dayanan 74-BB-827 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb. Qəzada zamanı xəsarət alan Şakir Əhmədov xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Избранный
89
5
cebheinfo.az

6Источники