RU

19 yaşlı oğlandan ağlasığmaz əməl: Sevdiyi qızı incitdilər deyə ofisə gedərək... - ŞOK

Sevgilisinin iş yerinə partlayıcı atan gəncin cəzası müəyyənləşir.

Yenisabah.az xəbər verir ki, Türkiyənin Konya şəhərində münasibətdə olduğu qadının işlədiyi məkana molotov kokteyli hazırlayıb atan 19 yaşlı gənc üçün 17 il həbs istənilir.

Ağlasığmaz hadisə yanvarın 12-də gecə saatlarında mərkəzi Karatay rayonu, Doğuş məhəlləsində Alaaddin Kap küçəsində yerləşən iş yerində baş verib.

Hadisəni törədən şəxs əməlindən peşman olmadığını, sevgilisini incitdikləri üçün bu əməli törətdiyini ifadəsində bildirib.

Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hadisə ilə bağlı aparılan araşdırma tamamlanıb. Hazırlanan ittihamnamədə həbsdə olan şübhəli Cem T. və həbs olunmayan dostu M.K. haqqında "Təhlükəli maddələrin icazəsiz saxlanılması və ötürülməsi" cinayətindən 8 ilə qədər, "Mala ziyan vurma' cinayətindən 4.5 ilə qədər, "Silahlı təhdid" cinayətindən isə 5 il olmaqla, ümumilikdə 17.5 ilə qədər həbs cəzası tələb edilib.

Aytac Şahin


Telegram kanalımız
Избранный
32
yenisabah.az

1Источники