RU

Oğlunun 30 yaşlı sevgilisini öldürdü

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Llanelli şəhərində Riçard Cons adlı kişi oğlu Ceymi Davisin sevgilisi, 30 yaşlı Sofi Evansı boğaraq öldürüb. 

“Cebheinfo.az” xəbər verir ki, buna səbəb Evansın kirayə müqaviləsi imzalatması və mənzil müavinəti üçün müraciət edərək onu aldatdığını düşünməsi olub.

Belə ki, 50 yaşlı Riçard Cons iki uşaq anası Sofi Evansı evində döyüb və boğaraq öldürüb.

Hadisədən sonra Cons keçmiş həyat yoldaşına zəng edərək “Problem həll olundu” deyib.

O daha sonra heç bir şey olmamış kimi həyatına davam edib.

Araşdırma nəticəsində Consun təqsirli olduğu üzə çıxıb və 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Избранный
16
cebheinfo.az

1Источники