RU

Moskva Tramp-Putin-Zelenski görüşünün bu ölkədə keçirilməsini istəyir

Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun Tramp, Putin və Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət etməsinə münasibət bildirib.

Sitat.info xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Minski danışıqlar üçün ən yaxşı yer adlandırıb.

Onun sözlərinə görə, bu təklif qaldırılmayıb və heç cür müzakirə olunmayıb: "Lakin əlbəttə ki, bizim üçün Minsk ən yaxşı yerdir. Belarus bizim əsas müttəfiqimizdir. Bizə görə, danışıqlar üçün bu, ən yaxşı yerdir".

Sitat.info

Избранный
15
1
sitat.info

2Источники