Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampa məktubunda sülh yolu ilə nizamlanma üzrə danışıqlara hazır olduğunu bildirməsi xəbərini alqışlayır, lakin Kiyevin Moskva ilə danışıqlara qoyduğu qadağanın qüvvədə olduğunu xatırladır.
Bu barədə "Report" Rusiya KİV-ə istinadən xəbər verir.
"Müsbət yanaşırıq. Məsələ danışıqlar masasına kiminlə əyləşməkdir. Hələlik Ukrayna Prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına hüquqi qadağa qüvvədədir. Buna görə də ümumilikdə yanaşma müsbətdir, lakin nüanslar hələlik dəyişmir", - o bildirib.