RU

Region Liqasının qrup və 1/8 final mərhələsində ev-səfər prinsipi olmayacaq

AFFA Region Liqasının qrup və 1/8 final mərhələsində ev-səfər prinsipi olmayacaq.

Bu barədə "Report"a açıqlamasında milli assosiasiyanın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov bildirib.

O, turnirdə 54 komandanın çıxış edəcəyini xatırladıb:

"Onların II Liqaya can atdıqlarını gördüyümüz üçün yarışdan gözləntilərimiz yüksəkdir. Qalib peşəkar liqaya vəsiqə əldə edəcək. Digəri isə pley-off vasitəsi ilə bu hüquqa yiyələnə bilər".

E.Cəfərov Region Liqasının üç ay ərzində keçirilməsinə də münasibət bildirib:

"Matçlar hər qrupda bir dövrədən ibarət olacaq. Yəni ev-səfər prinsipi ilə keçirilməyəcək. 1/8 finalda da bir matç nəzərdə tutulur. 1/4 final və yarımfinal isə artıq ev-səfər prinsipi ilə gerçəkləşəcək".

AFFA rəsmisi regionlarda futbola marağın artması və insanların bu idman növü ilə məşğul olması üçün yarışı təşkil etdiklərini diqqətə çatdırıb.

 Qeyd edək ki, Region Liqasında mövsümə mayın sonlarında yekun vurulacaq.

Избранный
48
1
report.az

2Источники