RU

Tirqon bayramı: Tacik xalqının yağışyağdırma ənənəsi

Yazını böyüt
Yazını kiçilt

Tacikistan prezidenti Emoməli Rəhmon Tirqon bayramının dövlətin bayramlar siyahısına salınması barədə sərəncam verib. Layihə Tacikistan Respublikasının “Bayramlar haqqında” qanununa müvafiq olaraq öncə aşağı palata tərəfindən qəbul edilib. Sonar isə parlamentin yuxarı palatası tərəfindən təsdiqlənib.

Hafta.az-ın yazdığına görə, Tacikistanda bayramların siyahsıında 93 bayram var, bunlardan sadəcə 9-u qeyri-iş günü hesab edilir.

2023-cü ilin yayında yenidən canlanan Tiqron bayramı çərçivəsində Tacikistanda ilk dəfə ərik festivalı keçirilib və quru meyvələr sərgilənib. Bayramın bu il necə qeyd olunacağı isə hələ məlum deyil.

Rəsmi məlumata görə, Tirqon bayramı Səda, Novruz və Mehrqon bayramları ilə yanaşı, İran xalqları arasında əkinçilərin mövsümi bayramı olub, buğdanın yetişərək biçildiyiyay aylarında keçirilirdi. Bu, iranlılar və taciklər arasında yağışın müjdəçisi idi və geniş miqyasda qeyd olunurdu.

Tirqon bayramının mənşəyi və mahiyyəti müxtəlif tarixi və ədəbi mənbələrdə təsvir edilib. Onların bir çoxu bayramın Tire ayının on üçüncü günündə qeyd olunan təqvim ayının başlanğıcı ilə üst-üstə düşdüyünü iddia edir.

Bir yerə toplaşan insanlar təbiətdən əkinləri sulamaq üçün yağış göndərməsini xahiş edir, bir-birinin üstünə su səpirdilər. Bu barədə Firdovsinin “Şahnamə” dastanında və o dövrün bir çox elmi əsərlərində bəhs edilir. Amma 13-14-cü əsrdən sonra nədənsə bayram haqqında heç yerdə yazılmayıb.

Bir inanca görə, Tirqonun qeyd edilməsi yağışdan sonra "Tiru Kamon" adlanan göy qurşağının görünməsi ilə əlaqələndirilir, onu qəhrəman Tir - yağış mələyinin yayını hesab edir.

“Avesta” kitabında onun Tiştarya, digər mənbələrdə isə Tiştar və Tir kimi adı çəkilir. O, Faroxkart çayından su götürdü və Ahura Mazda torpaqlarına yağış oxları atdı. Tir həmçinin yer üzündəki bütün həyatı məhv etməyi xəyal edən quraqlıq iblisi Apaoşa ilə döyüşdü. Birinci döyüşdə yaramaz qalib gələrək çayın qarşısını kəsdi, ikincidə isə yağış mələyi qisas aldı və çoxdan gözlənilən yağışdan sonra yer üzü möhtəşəm şəkildə çiçəkləndi.

Padşah Piruz Sasaninin dövründə 7 il quraqlıq baş verib, bir çox quş, bitki, heyvan və insan tələf olub. Sonra hökmdar xalqa atəşpərəstlərin məbədinə toplaşmağı və yağış üçün dua etməyi əmr etdi. İcra olunan ritual "Obrezqon" adlandı. O vaxtdan bəri iranlılar bunu hər il keçirirlər.

Bayram günü evin içinə və çölünə su səpib, bütün çirkləri yuyub, sonra təmiz paltar geyinirlər. Həmçinin qədim iranlılar yeddirəngli ipək sapdan “Tiru Bod” adlı bilərziklər düzəldirdilər və Ruzi Bodda (Külək Günü) 10 gündən sonra onu çıxarıb küləyə buraxırdılar.

Küçəyə çıxan insanlar sevinir, bir-birinin üstünə su çiləyirdilər…

Bundan sonar tacik xalqı məhz bu ənənəvi bayramı rəsmi şəkildə qeyd edəcəklər.

Избранный
36
hafta.az

1Источники